Ermənistan Müdafiə Nazirliyinin Hərbi Polisinin rəisi vəzifələrini icra edən Aleksandr Ağacanyanın oğlu hərbi xidmətə çağırıldıqdan qısa müddət sonra vaxtından əvvəl tərxis edilib.
Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, bununla əlaqədar Baş Prokurorluğun hərbi istintaq şöbəsində cinayət işi açılıb.
Qeyd olunur ki, A.Ağacanyan Hərbi Polisinin rəisi vəzifələrini icra edən təyin olunduqdan sonra onun oğlu ordu sıralarından tərxis edilib.
Cinayət işi “düzgün olmayan tibbi baxış” faktı ilə əlaqədar açılıb.
Trampın iqamətgahı üzərində uçuş məhdudiyyətlərini pozan kiçik mülki təyyarə ələ keçirilib
Cim Retkliff Böyük Britaniyanın qaz çatışmazlığı ilə üzləşə biləcəyi barədə xəbərdarlıq edib