12 iyul 2020 20:47
914

İranın iri neftayırma zavodunda yanğın baş verib

İranın Xuzestan vilayətindəki neftayırma zavodunda güclü yanğın baş verib.

Bəndər Məhşəhər şəhərində yerləşən zavod İranın ən böyük neftayırma zavodlarından biridir.

Fars xəbər agentliyinin məlumatına görə, hadisə yerinə təcili olaraq yanğınsöndürənlər və təcili tibbi yardım maşınları göndərilib. Yanğının səbəbləri araşdırılır.

Qeyd edək ki, bu İranda baş verən 4-cü güclü yanğındır.