10 avqust 2020 12:58
678

Talibanın 400 üzvü sərbəst buraxıldı

Əfqanıstanın paytaxtı Kabildə iki gün əvvəl başlayan Böyük Xalq Məclisi (Loya Cirga) ağır cinayətlərdə iştirak edən, Taliban üzvü olan 400 məhbusun azadlığa buraxılmasını təsdiqləyib.

“İki sahil” xəbər verir ki, Əfqanıstan Prezidenti Məhəmməd Əşrəf Qani ABŞ və Taliban arasında fevralın 29-da imzalanan sülh sazişinin mətnində qeyd edilən məhbusların azad edilməsi prosesinin başa çatacağını bəyan edib. O, qeyd edib ki, Taliban üçün əfqanlar arasında danışıqlara başlamağa heç bir maneə yoxdur.

Talibanın necə addım atacağı maraqla gözlənilir.