08 sentyabr 2020 18:46
909

Şabranda tövlə və taya yandı

Şabran rayonunun Gəndov kəndində ümumi sahəsi 28 m² olan tövlənin çardağının yanar konstruksiyaları və çardağına yığılan 1,8 ton ot bağlaması yanıb.

"İki sahil" FHN-ə istinadən xəbər verir ki, tövlənin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.