Latviya Respublikasının Valmiera şəhərində Azərbaycana həsr edilmiş mədəni tədbir keçirilib
AZƏRTAC xəbər verir ki, tədbir Valmiera Şəhər Fondunun təşkilatçılığı ilə baş tutub.
Avropa İttifaqının təşəbbüsü olan Avropa Həmrəylik Korpusunun Şərq Tərəfdaşlığı ölkələri üzrə Latviya könüllüsü Samanta Berga tədbiri açaraq “Sağlam Düşüncə” Gənclər Təşkilatı İctimai Birliyinin dəvəti ilə 2019-2020-ci illərdə Sumqayıtda yaşadığı vaxt ölkəmizin onda doğurduğu müsbət təəssüratlarını bölüşüb, Azərbaycanın coğrafi mövqeyi, əhalisi, mədəniyyəti, musiqisi və milli mətbəxi barədə iştirakçılara məlumat verib.
Tədbirin gedişində iştirakçılara paxlava, şəkərbura və qutabın hazırlanması qaydaları əyani şəkildə göstərilib və onlar bu ləziz şirniyyatlara qonaq ediliblər. Həmçinin milli rəqslərimizdən nümunələr göstərilib.
Sonda viktorina keçirilib, qaliblərə hədiyyələr təqdim olunub.
Fuad Hüseynəliyev: Azərbaycan hər zaman şəhid və qazilərin qəhrəmanlığına həssas yanaşır
MEMİM-in “Sənət inciləri” layihəsi üzrə ADA Universitetində mühazirə-konsert keçirilib
Naxçıvan Dövlət Kukla Teatrı III Beynəlxalq Monotamaşalar Festivalında iştirak edəcək