Türkiyə gözəli Şevval Şahinin keçirdiyi şənlikdə 10 nəfər koronavirusa yoluxub.
O, KİV-ə açıqlamasında iki dəfə test verdiyini, cavabın neqativ çıxdığını qeyd edib. O, sevgilisi Yiğir Marcusun isə virusa qalib gəldiyini vurğulayıb.
"Təşkil etdiyim partidə 10 nəfər virusa yoluxdu. Şişirdiləsi heç nə yoxdur",- Şahin bildirib.
Model sözügedən açıqlamadan sonra sosial şəbəkələrdə tənqid edilib. Müğənni Demet Akalın və aktrisa Burcu Kıratlı Şevvalı cahil adlandırıb.
"Tanınmış insanlar ictimaiyyətə nümunə olmalıdır. O zaman kənara çəkilsinlər, gözə görünməsinlər. "Sadəcə 10 nəfərdə pozitiv çıxdı"- nə deməkdir? 10 nəfər azdır? Bütün günü maarifləndirirlər ki, hər şeyə diqqət edin! Cahilsiz", - B. Kıratlı söyləyib.
"Qafqazinfo"
Fuad Hüseynəliyev: Azərbaycan hər zaman şəhid və qazilərin qəhrəmanlığına həssas yanaşır
MEMİM-in “Sənət inciləri” layihəsi üzrə ADA Universitetində mühazirə-konsert keçirilib
Naxçıvan Dövlət Kukla Teatrı III Beynəlxalq Monotamaşalar Festivalında iştirak edəcək