23 sentyabr 2020 00:56
811

Türkiyədə terror təşkilatlarına qarşı daha bir əməliyyat keçirilib

Türkiyənin təhlükəsizlik qüvvələri mərkəzi Van olmaqla paralel şəkildə ölkənin 12 vilayətində FETÖ/PDY terror təşkilatına qarşı xüsusi əməliyyat keçirib.

“İki sahil” AZƏRTAC-a istinadla xəbər verir ki, əməliyyat nəticəsində 17 nəfər həbs olunub. Onlardan bəziləri Türkiyə Silahlı Qüvvələrində və Daxili Qoşunlarda xidmətdə olan şəxslərdir.