25 sentyabr 2020 17:29
619

Parisin 11-ci rayonunda silahlı hücum olub

Parisin 11-ci rayonunda “Charlie Hebdo” satirik jurnalının keçmiş binası qarşısında silahlı hücum olub.

"İki sahil" AZƏRTAC-a istinadən xəbər verir ki, polis soyuq silahla törədilən hadisə nəticəsində jurnalın iki əməkdaşının - kişi və qadının xəsarət aldığını bildirib.

Silahlı hücumla bağlı Paris prokurorluğunda qəsdən adam öldürməyə cəhd maddəsi ilə cinayət işi başlanıb və təhqiqat aparılır. Hücumda şübhəli bilinən şəxslər saxlanılıblar.

“Charlie Hebdo” jurnalının binasında aşkarlanan şübhəli bağlama laboratoriyaya göndərilib.

Parisdə ehtiyat tədbirlər çərçivəsində minlərlə şagird məktəblərdə saxlanılıb. Valideynlər övladlarının təhlükəsiz yerdə olduqları barədə məlumatlandırılıb və onlara narahatçılıq üçün əsas olmadığı bildirilib.