“Qarabağ”ın qapıçısı Şahruddin Məhəmmədəliyevin Premyer Liqadakı quru seriyası qırılıb.
"İki sahil" Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, o, “Sumqayıt”la IV turun oyununun (2:2) 52-ci dəqiqəsində qol buraxıb. Bu topa Əli Qurbani imza atıb.
Sonuncu dəfə 2019-cu il dekabrın 6-da “Keşlə” ilə qarşılaşmada (2:2) qol buraxan Məhəmmədəliyev 724 dəqiqədən ibarət quru seriyaya imza atıb. Bu müddətdə qolkiper ötən mövsümün 6, cari çempionatın bir görüşündə qapısını toxunulmaz saxlayıb.
Şahruddin 724 dəqiqəlik seriya ilə Azərbaycan çempionatları tarixində 17-ci göstəriciyə imza atıb. Bu, “Qarabağ”ın tarixində 3-cü nəticədir.
Məhəmmədəliyev Ağdam təmsilçisinin qapıçıları arasında yalnız Camaləddin Əliyev (958) və Boyan Pavloviçdən (828) geri qalsa da, Əliyevin 700 dəqiqədən ibarət digər seriyasını keçib.
Millilərimiz 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini bu gün keçirəcəklər
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar