30 sentyabr 2020 11:15
630

Ermənistanda koronavirusa yoluxanların sayı 50 mini keçdi

Ermənistanda koronavirusa yoluxanların sayı 50359 nəfərə çatıb.

Trend-in erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 458 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, daha 1 nəfərin ölümü qeydə alınıb.

Bugünədək Ermənistanda 959 nəfər koronavirusdan ölüb, 5 102 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.