30 aprel 2024 11:21
242

Bayden hökuməti silah satışına nəzarəti gücləndirməyə çağırıb

ABŞ Prezidenti Co Bayden hökuməti silah ticarətinə nəzarəti gücləndirməyə çağırıb.

“İki sahil” xəbər verir ki, müvafiq müraciət Ağ Evin saytında yerləşdirilib.

Bu çağırışı o, Şimali Karolina ştatındakı qanlı hadisədən sonra edib.

Qeyd edək ki, aprelin 29-da sözü gedən ştatın Şarlott şəhərində törədilən silahlı insident zamanı dörd polis əməkdaşı ölüb, dörd nəfər isə yaralanıb.