Ermənistan II Qarabağ müharibəsi zamanı ölən hərbçilərinin sayını gizlətmək üçün onları koronavirusdan ölən xəstələrin siyahısına daxil edir.
"İki sahil" Axar.az-a istinadla xəbər verir ki, bu barədə “Hərbi xəbərlər və məlumatlar” Teleqram səhifəsində qeyd edilib. Səhifədə Qarabağda məhv edilən və COVİD-19-dan ölən kimi qələmə verilən əsgərlərin ad-soyadları paylaşılıb.
Sözügedən fotoları təqdim edirik:
Qeyd edək ki, Ermənistanda sentyabrın 27-dən bəri koronavirusdan ölənlərin gündəlik statistikasında ciddi artım müşahidə edilir.