30 oktyabr 2020 10:55
448

Avroliqada həftənin oyunçusu kim olacaq?

Avropa Liqasının qrup mərhələsinin ikinci turunun oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər açıqlanıb. 

“İki sahil” UEFA-nın rəsmi saytına istinadən  xəbər verir ki, bu ada Bolqarıstan “Ludoqorets”indən Elvis Manu, Avstriya “Volfsberger”indən Mixael Lindl, Niderland PSV-sindən Donyell Malen və Serbiyanın “Srvena Zvezda” komandasından El-Fardu Ben-Nabuan iddia edir.

Qalib qurumun saytında azarkeşlər tərəfindən verilən səslər nəticəsində seçiləcək.