31 oktyabr 2020 17:01
824

Azərbaycanın ən çox məhsul aldığı İƏT ölkələri

Yanvar-sentyabr aylarında Azərbaycanın ən çox məhsul idxal etdiyi İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələr sırasında ilk üçlükdə Türkiyə, İran və Qazaxıstan qərarlaşıb.

Dövlət Gömrük Komitəsindən "İki sahil"ə verilən məlumata görə, Türkiyədən idxalın dəyəri 1 milyard 129,9 milyon ABŞ dolları, İrandan 210,3 milyon dollar, Qazaxıstandan isə 57,1 milyon dollar təşkil edib.

Azərbaycan keçən ilin müvafiq dövrünə nisbətən hər üç ölkədən idxalı azaldıb.