04 dekabr 2020 17:03
539

Bu Koronavirusun qarşısını alan ən yaxşı ərzaqların adları açıqlanıb

Üzüm və yaşıl çaydakı kimyəvi birləşmələr koronavirusun insan orqanizmində yayılmasının qarşısını alır.

"İki sahil" Oxu.Az-a istinadən xəbər verir ki, Şimali Karolina Universitetinin (ABŞ) alimləri apardıqları araşdırmalardan sonra belə qənaətə gəliblər.

Onların tədqiqatlarının nəticələri “Frontiers in Plant Science” nəşrində dərc edilib.

Bildirilir ki, sözügedən məhsullarda SARS-CoV-2 proteaz-fermentlərini bloklaya bilən maddələr var.

Bundan əlavə, məlum olub ki, tünd şokolad və kakao da koronavirus fermentlərinin aktivliyini azaldır.