"Qarabağ", "Neftçi" və "Kəpəz" klublarının koronavirusa yoluxmuş sabiq futbolçusu Elbrus Abbasov müalicə aldığı Ağdamdan Bakıya gətirilib
"İki sahil" "Report"a istinadən xəbər verir ki, bu barədə Futbol Veteranları İttifaqının (FVİ) sədri Oqtay Abdullayev məlumat verib.
Abdullayev bildirib ki, Abbasovun paytaxta gətirilməsində səbəb onun durumunun pisləşməsidir. FVİ sədri keçmiş hücumçunun “Yeni klinika”ya yerləşdirildiyini sözlərinə əlavə edib: "Onun yerləşdirilməsinə Azərbaycan Voleybol Federasiyasının vitse-prezidenti Faiq Qarayev köməklik edib. AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov isə Abbasovun müalicəsinə dəstək olacaqlarını bildirdi".
Qeyd edək ki, Quzanlıda Uşaq Futbol Məktəbinin rəhbəri olan Elbrus Abbasov AFFA nümayəndəsi kimi də fəaliyyət göstərib.