ABŞ-ın McKarran Beynəlxalq Hava Limanına icazəsiz girən şəxs uçuşa hazırlaşan ticarət təyyarəsinin qanadına dırmaşıb.
"İki sahil" Oxu.Az-a istinadən xəbər verir ki, ABŞ-ın Nevada əyalətində yerləşən hava limanında aerodroma icazəsiz girən kişi Alyaska Hava Yollarına aid təyyarənin qanadına çıxıb.
O, dırmaşmasını asanlaşdırmaq üçün ayaqqabılarını soyunub. Onu aşağı düşməyə səsləyənlərə məhəl qoymayan kişi iki şəxsin arxadan gəldiyini görərək təlaşlanıb və yerə düşüb. O, nəzarətə götürülüb.
Kişinin təyyarənin qanadına dırmaşmasını əks etdirən görüntülər isə təyyarənin sərnişinləri tərəfindən lentə alınıb.
Yaponiya Baş nazirinin Yasukuni məbədinə ianə göndərməsi Çinin etirazına səbəb olub
Kris Rayt: Moskva ilə müqavilə Rusiya-Ukrayna münaqişəsinin innovativ həllidir
Konqo Demokratik Respublikasının səkkizinci əyalətində Ebola epidemiyası təsdiqlənib