Bərdədə 510 abonentin təbii qaz təminatında fasilə yaranıb.
SOCAR-ın “Azəriqaz” İstehsalat Birliyindən "İki sahil"ə bildirilib ki, dekabrın 21-də Bərdə rayonu ərazisində yerləşən Otuzikilər kəndinin bir hissəsini təbii qazla təmin edən diametri 76 millimetr olan qaz xəttini minik avtomobili ilə vuraraq zədələyiblər.
Nəticədə 510 abonentin qaz təminatında müvəqqəti fasilə yaranıb.
SOCAR və BP-nin daxil olduğu konsorsium İsrail şelfində seysmik kəşfiyyatı başa çatdırıb
Rumıniyada “SOCAR” brendi altında 110-cu yanacaqdoldurma məntəqəsi istifadəyə verilib