21 dekabr 2020 11:46
754

Namiq Ələsgərov 150-yə çatdı

Azərbaycan Premyer Liqasının 13-cü turu “Neftçi”nin futbolçusu Namiq Ələsgərov üçün yubileylə əlamətdar olub.

“İki sahil”  PFL-in  saytına istinadən xəbər verir ki, yarımmüdafiəçi ölkə çempionatında 150-ci matçını keçirib.

Yubiley “Sabah”la səfər qarşılaşmasında (2:0) gerçəkləşib. Ölkə çempionatında 2011/12 mövsümündə debüt edən Namiq yubileyində dubla imza atmaqla qol sayını 24-ə çatdırıb. O, 4 klubun formasını geyinib. “Bakı”da 19 (2 qol), “Qarabağ”da 25 (1 qol), “Kəpəz”də 15 (3 qol), “Neftçi”də 91 (18 qol) oyun keçirib.