28 dekabr 2020 12:59
706

Ağdamda 24 yaşlı qadın itkin düşüb

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən "İki sahil"ə verilən məlumata görə, Ağdam rayonunun İmamqulubəyli qəsəbəsində yaşayan 24 yaşlı Nərgiz Nəcəfova 2020-ci ilin mart ayında yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və ya barəsində məlumatı olanlardan DİN-in "102” Zəng Mərkəzinə və ya Ağdam Rayon Polis Şöbəsinə (0-2632-5-02-02) telefon nömrəsinə zəng vuraraq məlumat vermələri xahiş olunur.