İspaniya və Böyük Britaniya Cəbəllütariq sərhəd keçidi mövzusunda razılığa gəliblər.
"İki sahil" “RİA Novosti” agentliyinə istinadən xəbər verir ki, bu barədə İspaniya Xarici İşlər naziri Arança Qonzalez Laya açıqlama verib.
“Biz maneələri aradan qaldırıraraq, ümumi firavanlıq zonası yaratmaq istəyirik”, - deyə Arança Qonzalez Laya bildirib.
Qeyd edək ki, Cəbəllütariq boğazı Böyük Britaniyaya məxsusdur və Birləşmiş Krallığın “Brexit”lə əlaqədar qərarından sonra bu ərazidə Avropa İttifaqı qanunlarının icrası sual altına düşmüşdü.