Cənubi Koreyanın aparıcı avtomobil istehsalçısı KİA özünün yeni loqosunu və yeni şüarını ("İlham verən hərəkət") ictimaiyyətə təqdim edib.
“İki sahil” bu barədə xarici mətbuata istinadən xəbər verir.
Məlumata görə, bununla bağlı ölkənin İnçon şəhərində keçirilən tədbirdə 303 dron sinxron şəkildə fişəng ataraq yeni loqonu səmada izləyicilərə göstərib. Bununla da, tədbir eyni vaxtda fişəng atan dronların sayına görə rekord vuraraq Ginnesin Rekordlar Kitabına düşüb.
“Yeni loqomuz dəyişiklik və yeniliklərin simvolu olduğumuzu əks etdirir. Avtomobil sənayesi sürətli dəyişiklik tələb edir. KİA da buna uyğunlaşır", - deyə KİA-nın prezidenti və baş icraçı direktoru Ho Sunq Sonq bildirib.
MKA tərəfindən kibertəhlükəsizlik üzrə maarifləndirmə tədbirləri davam etdirilir
Məcnun Məmmədov: Əsas hədəfimiz məhsuldarlığın və fermerlərin gəlirlərinin artırılmasıdır
“PAŞA Kapital”ın anderrayteri olduğu dövlət zəmanətli ilk korporativ - “AZƏRMAŞ GROUP”un istiqrazları uğurla yerləşdirildi
Aqrar Süni İntellekt layihəsi çərçivəsində 24 həll üzrə hazırlıq işləri başa çatıb
Çin şirkətləri Azərbaycanın aqrar sektoruna investisiya imkanlarını nəzərdən keçirir