12 yanvar 2021 17:44
4698

Gündəlik istifadə etdiyimiz əşyalar haqqında nələri bilirik?

Kibritin yaranması

Dünyada ilk kibrit 1826-cı il ingilis kimyaçı və əczaçı Con Uoker tərəfindən hazırlandı. Kibritin hazırlanmasında böyük roluna görə isə Hamburqlu ehtiyatda olan əsgər Henninq Branda minnətdar olmalıyıq . Çünki o, 1669-cu ildə  ağ fosforu kəşf etmişdi.

Həmişə olduğu kimi, kibrit də təsadüf nəticəsində yarandı. Belə ki, 1826-cı ildə Uoker çubuq vasitəsi ilə kimyəvi qatışığı qarışdırırdı. Çubuğun üzərində də qatışıqdan bir damcısı qurumuşdu. Onu təmizləmək üçün çubuğu yerə sürtəndə alovlandı. Əksər ixtiraçılar kimi o da öz ixtirasını patentləşdirməyərək kimə gəldi göstərirdi. Semuel Cons bu  kibritləri “Lüsifercik” adlandırmağa  və onları satmağa başladı.

1985-ci ildə İsveçli kimyaçı Yohan Lundstrom başa düşdü ki, qırmızı fosfor ağdan daha yaxşıdır. O, kiçik bir qutunun yanlarına sumbata kağızının üzərinə qırmızı fosfor çəkir və elə həmin fosfordan da kibritin başlığına əlavə edir. Beləliklə, kibrit artıq daha az zərər gətirirdi və daha tez yanırdı. Tezliklə kibrit başlıqlarının tərkibi kükürd, bertole duzu, marq anes periksi  və yapışqandan ibarət oldu. Beləliklədə fosfor kibritlər dövrü sona çatdı.

 İndiki istifadə etdiyimiz ucuz kibritlərə görə isə ABŞ prezidenti Uilyam Tafta da borclu olduğumuzu deyə bilərik olar 1889-cu ildə Coçua Pyusi kibrit qutusunu icad etdi, lakin icadın patenti Diamond Match Companiyə verildi. 1910-cu ildə Diamond Match sağlamlığa zərər verməyən kibritlər üçün patenti aldı. Bu ixtiranın əhəmiyyəti o qədər çox idi ki, ABŞ prezidenti Uilyam Taft insanlar önündə patent sahiblərinə patentdən əl çəkmələrini, yəni müəllif hüquqlarından imtina etməyi xahiş etdi. Şirkət razılaşdı və 28 yanvar 1911 – ci ildə öz icadının bütün hüquqlarından imtina etdi. Sonralar yaranan qutuların üzərinə etiketlər də yapışdırılırdı.

Qaşığın yaranması

Aparılan araşdırmalara görə, qaşıq ilk dəfə daş dövründə istifadə olunub. İlk qaşıqlar dəniz qabıqlarından hazırlanıb. Daha sonra ehtiyaca görə daşdan və taxtadan hazırlanmağa başlayıb. Qaşıq hazırkı formasına romalılar dövründə qovuşub.

Çəngəl

Çəngəl ilk dəfə  icad edilən zaman 2 uclu olub. Hazırkı dövrə gələnə qədər 3, daha sonra isə 4 uclu olub. Əslində , çəngəl ilk dəfə yunanlar tərəfindən bir müharibə silahı olaraq istifadə edilib. Sonrakı illərdə isə çəngəl bir əkin vasitəsinə çevrilib. Bu çevrilmələrin ardından çəngəl son olaraq süfrəmizdəki formasını alıb.

Eramızdan əvvəl Orta Asiyalı zəngin ailələr tərəfindən istifadə edilən çəngəl, 13-cü əsrdə Bizans və Roma süfrələrinin bəzəyi  olub. O dövrdə fransızlar isə çəngələ qarşı fərqli bir münasibət bəsləyərək, onun bir göstəriş olduğunu düşünüb istifadə rədd etməyiblər.

Bıçaq

İnsanlıq tarixi qədər qədim olan bıçaq  tarixdə ən çox  silah olaraq istifadə edilmişdir. Bıçaq ancaq orta əsrlər Avropasında süfrələrə qoyulmağa başlanmışdır.

Samirə Tağıyeva, "İki sahil"