16 yanvar 2021 03:11
697

"Arsenal"dan heç-heçə

"Arsenal" İngiltərə Premyer Liqasında növbəti matçına çıxıb.

"İki sahil" xəbər verir ki, London təmsilçisi 18-ci turda "Kristal Pelas"la qarşılaşıb. Görüş hesab açılmayıb - 0:0.

Qeyd edək ki, "Arsenal" çempionatın turnir cədvəlində 24 xalla 11-ci, "Kristal Pelas" isə 23 xalla 13-cü pillədə qərarlaşıb.