27 yanvar 2021 18:11
727

Lavrov və Ayvazyan arasında telefon danışığı olub 

Rusiyanın xarici işlər naziri Sergey Lavrov və onun erməni həmkarı Ara Ayvazyan arasında telefon danışığı olub. 

“İki sahil” Rusiya Xarici İşlər Nazirliyinin rəsmi internet saytına istinadla xəbər verir ki, telefon danışığı zamanı Rusiya, Azərbaycan və Ermənistan liderlərinin 9 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli bəyanatlarında qeyd olunan razılaşmaların həyata keçirilməsi istiqamətində irəliləyiş, təhlükəsizlik aspektləri, humanitar komponent, iqtisadi və nəqliyyat əlaqələrinin blokdan çıxarılması ətraflı müzakirə olunub. Regionun bütün ölkələrinin maraqlarının üst-üstə düşməsi və birgə quruculuq işlərinin vacibliyi vurğulanıb.