02 fevral 2021 11:16
1109

"AzerGold" ötən il 1,6 milyon manatlıq külçə və sikkə satıb

“AzerGold” QSC  tərəfindən istehsal olunan külçə və sikkələrinin pərakəndə satışı ötən il də uğurla davam etdirilib.

“İki sahil” xəbər verir ki, bunu "AzerGold"un İdarə Heyətinin sədri Zakir İbrahimov 2020-ci ilin yekunlarına dair mətbuat konfransında çıxış edərkən deyib.

2020-ci il ərzində ümumi dəyəri 1,6 milyon manat olan 1 275 ədəd məhsulun satışı həyata keçirilib. Hesabat dövrü ərzində qiymətlilərin onlayn sifarişlərinin həyata keçirilməsi üçün yaradılan "Azergold.gift" saytı və sosial şəbəkələr üzərindən həyata keçirilən fəaliyyət, ümumilikdə satış dinamikasının da artmasına səbəb olub. Nəticədə, 2019-cu illə müqayisədə 80 faiz daha çox məhsul satılıb, əldə edilən vəsait 84 faiz artıb.