04 fevral 2021 08:00
985

Fransada müxalifət partiyasının lideri həbs edildi

Fransa prezidentliyinə keçmiş namizəd, Xalq-Respublika İttifaqı Partiyasının lideri Fransua Aselino, cinsi təcavüz və mənəvi istismar ittihamı ilə həbs edilib.

“İki sahil” xarici KİV-ə istinadən xəbər verir ki, istintaqın 2020-ci ilin mayında başladıldığı qeyd olunur. F.Aselinoya qarşı ittihamlar keçmişdə tabeliyində olanlar tərəfindən irəli sürülüb. Həbsdə olan siyasətçi fevralın 3-də dindirilib.

Partiya liderinin hesab edir ki, bu yolla onun 2022-ci ildə keçiriləcək seçkilərdə iştirakının qarşısını almaq istəyirlər. O, bütün ittihamları rədd edir və onları yalan və böhtan adlandırır.

Qeyd edək ki, Fransua Aselino 2017-ci ildə prezidentliyə namizəd olub.