08 fevral 2021 16:07
1408

Alman lüteran kilsəsinin görüntüləri VİDEO

Mədəniyyət Nazirliyi "Xristian irsimizi tanıyaq" layihəsində Alman lüteran kilsəsi görüntülərini yayıb.

Nazirlikdən  "İki sahil"ə verilən məlumata görə, 1909-cu ildə almanlar tərəfindən inşa olunan Lüteran kilsəsi Azərbaycanın Şəmkir şəhərində yerləşir.

Məkan 32 il kilsə, daha sonra isə mədəniyyət və müəllimlər evi, eləcə də tarix-diyarşünaslıq muzeyi kimi fəaliyyət göstərib.

Lüteran kilsəsinin bərpası və əsaslı təmiri Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə 2012-ci ildə həyata keçirilib və abidə kimi qorunur.