Show TV-nin məşhur “Çukur” serialında Azərbaycanın dahi şairi İmadəddin Nəsiminin qəzəlinə yer verilib.
“İki sahil” xəbər verir ki, ekran işinin 4-cü sezonunun 23-cü seriyasında “Sığmazam” səsləndirilib.
Belə ki, baş qəhrəman olan Yamaç (obrazı aktyor Aras Bulut İynemli canlandırır -red.) hadisələrin baş verdiyi İstanbulun Çukur səmtinə qayıdıb və fonda müğənni Cavid Mürtəzaoğlunun ifasında sözügedən əsər yer alıb. Bu, sosial şəbəkələrin də gündəmini zəbt edib.