Bu gündən etibarən “Azəriqaz” İstehsalat Birliyində talassemiyadan əziyyət çəkən uşaqlara kömək məqsədilə donor günlərinə başlanılıb.
Birlikdən "İki sahil"ə bildirilib ki, aksiyanın ilk günündə “Azəriqaz”ın baş direktoru Ruslan Əliyev, İdarəetmə Aparatı və Bakı Regional Qazın Satışı Departamentinin 97 əməkdaşı iştirak edib. Növbəti günlərdə birliyin Bakı Regional Qaz İstismarı Departamenti, Təmir-Tikinti İdarəsi, Anbar Təsərrüfatı və Sumqayıt qaz istismar Sahəsinin əməkdaşları bu xeyirxah aksiyaya qoşulacaq.
SOCAR və BP-nin daxil olduğu konsorsium İsrail şelfində seysmik kəşfiyyatı başa çatdırıb
Rumıniyada “SOCAR” brendi altında 110-cu yanacaqdoldurma məntəqəsi istifadəyə verilib