"Cənub Qaz Dəhlizi (SGC) Türkiyə qaz bazarının dinamikasını dəyişdirib və artıq Azərbaycan Türkiyənin bir nömrəli qaz tədarükçüsü olub".
“İki sahil” xəbər verir ki, bunu SOCAR-ın sərmayələr və marketinq üzrə vitse-prezidenti Elşad Nəsirov "Atlantic Council" tərəfindən təşkil olunmuş vebinarda bildirib.
Onun sözlərinə görə, bu layihə Türkiyə üçün mövcud müqaviləli tədarüklərin üzərinə Azərbaycandan illik daha 6 milyard kubmetr təbii qazın əlavə olaraq tədarük edilir.
O əlavə edib ki, gələcəkdə Trans-Anadolu Qaz Boru Kəmərindən (TANAP) 20 %-ə qədər hidrogen qarışığı nəql edilə biləcək. O vurğulayıb ki, boru kəməri artıq hidrogen nəqlinə texniki cəhətdən hazırdır.