17 fevral 2021 17:31
1607

Bəxtiyar Vahabzadə və Süleyman Rüstəm yaradıcılığı Rusiya ədəbiyyat almanaxında

"İki sahil" xəbər verir ki, Rusiyanın populyar "45parallel.net" elektron ədəbiyyat almanaxı “Azərbaycan ədəbiyyatı beynəlxalq virtual aləmdə” layihəsi çərçivəsində Azərbaycanın Xalq şairi Bəxtiyar Vahabzadə və Süleyman Rüstəmin şeirləri, yaradıcılıqları haqqında məlumatlar üçün səhifə ayırıb.

Qeyd edək ki, daim yenilənən ədəbiyyat almanaxı mütəmadi olaraq öz səhifələrində İohann Höte, Vladimir Nabokov, Boris Pasternak, Osip Mandelştam kimi dünya şöhrətli yazıçı və şairlərin yaradıcılığını işıqlandırır.