22 fevral 2021 21:08
605

İranda “Azərbaycan türkcəsinin izahlı lüğəti” təqdim edilib FOTO

20 fevral 2021-ci il tarixində  İran İslam Respublikasının  Ərdəbil şəhərində  21 fevral Beynəlxalq Ana Dili Gününə həsr olunmuş “Azərbaycan türkcəsinin izahlı lüğəti”nin birinci cildinin beynəlxalq səviyyədə onlayn formatda təqdimat mərasimi keçirilib.

“İki sahil”in məlumatına görə, lüğət Ayətullah doktor Seyyid Həsən Amilinin təşəbbüsü ilə Əhəd Byütənin rəhbərliyi altında böyük bir heyyət tərəfindən tərtib olunub.

Tədbirdə İran alimləri ilə yanaşı, Türkiyə alimlərindən Əli Qafqasyalı, Seyfəddin Altaylı iştirak ediblər.

Tədbirdə həmçinin AMEA Nəsimi adına Dilçilik İnstitutunun direktoru akademik Möhsün Nağısoylu da iştirak edib. Akademik Möhsün Nağısoylu lüğətin əhəmiyyətindən danışaraq onun imkanları, söz və ifadələri haqqında məlumat verib.

İclasda bildirilib ki, lüğət müəllifləri kənd-kənd, oba–oba gəzərək lüğəti ərsəyə gətiriblər.