23 fevral 2021 18:44
581

Xalq artisti Eldar Quliyev evə buraxılıb

İnfarkt keçirərək Respublika Müalicəvi Diaqnostika Mərkəzinə (RDM) yerləşdirilən Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyev evə buraxılıb.

"İki sahil" xəbər verir ki, bunu "Report"a açıqlamasında Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat Xidmətinin rəhbəri Əli Vəliyev deyib.

Onun sözlərinə görə, E.Quliyevin vəziyyəti yaxşıdır və müalicəsi ev şəraitində davam edir: "Demək olar sənətkarımızın qida rasionundan tutmuş dərman qəbuluna qədər hər şey həkimlərin nəzarəti altında davam edir".

Qeyd edək ki, Eldar Quliyev yanvarın 18-i 80 illik yubileyi günü infarkt keçirərək xəstəxanaya yerləşdirilmişdi.