24 fevral 2021 01:50
946

UEFA oyunçunun təhqir olunmasına görə intizam işi açdı

UEFA Avropa Liqasının 1/16 final mərhələsində Serbiyanın "Srvena Zvezda" və İtaliyanın "Milan" klubları arasındakı matçda baş verən hadisələrlə bağlı araşdırmalara başlayıb.

"İki sahil" xəbər verir ki, serbiyalı azarkeşlərin qonaq komandanın futbolçusu Zlatan İbrahimoviç barəsində səsləndirdiyi irqçi şüarlara və təhqirə görə intizam işi açılıb. Qeyd edək ki, isveçli hücumçu 2:2 hesabı ilə başa çatan görüşdə iştirak etməyib.