24 fevral 2021 13:51
1056

SOCAR dənizdə çalışan 51 əməkdaşını təhlükəsiz yerlərə köçürüb

Küləkli hava şəraiti ilə bağlı təhlükəsizlik tədbirləri çərçivəsində SOCAR-ın dənizdə çalışan 51 əməkdaşı daha təhlükəsiz yerlərə köçürülüb.

"İki sahil" xəbər verir ki, bu fikri SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov deyib.

Onun sözlərinə görə, köçürülən əməkdaşların sayı planlaşdırılandan (öncə 45 nəfərin daşınması haqqında bildirilirdi – red.) bir qədər çox olub. Köçürülən neftçilərin əsas hissəsi "Neft Daşları"a çatdırılıb.

"Hazırda vəziyyət normandır", - deyə, İ.Əhmədov qeyd edib.

O əlavə edib ki, SOCAR-ın istehsalat sahələrində təhlükəsizlik tədbirləri gücləndirilib, açıq səthlərdə aparılan işlər dayandırılıb, idarə aparatında və sahələrdə məsul şəxslərdən ibarət növbətçilik təşkil olunub.