26 fevral 2021 17:55
1617

Rübabə Muradovanın qızı vəfat edib

Mərhum Xalq artisti Rübabə Muradovanın qızı Şahnaz Bəşirova dünyasını dəyişib.

“İki sahil” xəbər verir ki, bu barədə mərhumun yaxınları məlumat verib.

67 yaşlı Şahnaz Bəşirova ürəktutmadan vəfat edib.

Qeyd edək ki, Xalq artistinin Şahnaz Bəşirovadan başqa Qəmər adlı qızı var.