27 fevral 2021 12:59
1645

Ata Abdullayevə cavab verə bilməyən birisi dövlətin və xalqın haqlarını necə qoruya bilər?

"Eyforiya" ifadəsi qulağa xoş gəlsə də, o qədər yaxşı olmayan bir hissdir. Çünki bu hissi keçirən insanın özü haqqında düşüncələri, hərəkətləri hər zaman real ictimai baxışla tərs mütənasiblik təşkil edir. Elə AXCP sədri Əli Kərimli kimi...

Bu adamda eyforiya Qənimət Zahid, Tofiq Yaqublu, Seymur Həzi, Emil Səlim, İlham Hüseyn kimilərin daxil olduğu yaltaq dəstəsinin sayəsində yaranıb. Əvvəllər "Osmanqızı", indi isə "Azərbaycan saatı", "Azad söz" youtube kanallarında monoloqları, özünün əvvəlcədən hazırladığı suallara verdiyi şablon cavablar Əli Kərimlidə yüksək eqo da formalaşdırıb. Bununla da, hard, aqressiv musiqinin təsirinə düşüb özünü Ceki-Can, Brus-Li kimi hiss edən uşaqlar kimi Əli Kərimli də özünü çox yüksəklərdə görməyə öyrəşib. Amma real situasiyada əslində nə qədər aciz, savadsız, dözümsüz biri olduğu üzə çıxır.

Əlqərəz, Xocalı soyqırımının 29-cu ildönümü günü Əli Kərimliyə Ata Abdullayev adlı bloqqer-jurnalist sual ünvanlayır. Lakin hər gün Qənimət Zahidin qarşısında əzbərlədiyi dərsini "şparqalkasız" danışan Əli Kərimli Ata Abdullayev qarşısında aciz qalır. Gah hakimiyyəti ittiham edir, gah İlham Hüseyn, Seymur Həzi adlı trolunu güc nümayiş etdirməyə sövq edir, gah da jurnalisti təhqir edib, üzünə tüpürür. Lakin heç bir halda suala cavab verə bilmir. Sual da bilirsinizmi nə haqqında idi? Əli Kərimlinin uşaqlarının ABŞ-da, Britaniyada hansı pullarla yaşaması haqqında...

Yaxşı, başa düşdük ki, Ata Abdullayevin heç də yaxşı imici yoxdur. Yaxud da ki, hər dəfə Əli Kərimlinin qarşısına çıxır, yöndəmsiz suallar verir. Bəs, Əli Kərimliyə nə olub? Axı, o özünü siyasətçi hesab edir. Axı, o özünü hakimiyyətdə görmək istəyir. Axı, o özünü dövləti ən yaxşı formada idarə edə biləcək şəxs kimi təqdim edir. Bəs, niyə bir bloqqer-jurnalistin əlində qalıb, Əli Kərimli? Pis, yaxud yaxşı, Ata Abdullayevin qarşısından qaçan bir siyasətçi sabah bu xalqın və dövlətin maraqlarını, haqlarını necə müdafiə edəcək? Məgər sabah ermənilər Əli Kərimlinin qarşısında qeyri-Ata çıxarsa, o zaman da Əli Kərimli belə qaçacaq, trollarına onu təhqir etdirəcək? Axı, Əli Kərimli özü də bu cəmiyyətə anasını hər gün şillə-təpiyin altına salan, polisə şikayət edən Fatimə Mövlamlı adlı jurnalisti sırıyıb. Fatimə Mövlamlının Ata Abdullayevdən nə fərqi var axı, yalnız cinsi fərqliliyi qarışdırmasaq...

Bir sözlə, Əli Kərimli, sən bu dəfə də özünü yandırdın və siyasətçi olmadığını nümayiş etdirdin. Əgər real siyasətçi görmək istəyirsənsə, Azərbaycan Prezidenti İlham Əliyevə baxıb, həsəd apara bilərsən. Doğrudur, mən heç zaman Əli Kərimli ilə Prezident İlham Əliyevi müqayisə etmərəm. Amma ən azından hər kəsə bəlli olmalıdır ki, siyasət təlxəkləri kimlərdir və əsl siyasətçi necə olmalıdır.

Prezident İlham Əliyev Azərbaycan tarixinin qalib sərkərdəsi, Ali Baş Komandanıdır. O, 44 günlük müharibə zamanı yalnız döyüş əməliyyatlarını idarə etmirdi, həm də təkbaşına 30-dan artıq dünya mediasının suallarını cavablandırırdı. Bu KİV-lər arasında Sky News, CNN International, Fox News, Euronews kimi tezisləri erməni maraqlarını müdafiə edən dairələr tərəfindən verilmiş media qurumları və onların jurnalistləri var idi. Hər kəs şahididir ki, həmin jurnalistlər Paşinyan zehniyyətindən çıxan sualları Prezident İlham Əliyevə ünvanlayırdılar, təxribat törədirdilər. Lakin Prezident İlham Əliyev səbrlə, diplomatik və incə bir üsulla onların cavabını verir, xalqın və dövlətin milli maraqlarını intellektual zirehi ilə müdafiə edirdi. Elə dünən də 4 saat ərzində 35-dən çox dünya mediasının 50-yə yaxın sualını cavablandırmaqla Prezident İlham Əliyev növbəti rekorda imza atmış oldu. Bax, budur, əsl siyasətçi və LİDER...

Müqayisə kimi qəbul edilməsin, yenə də qayıdıram Əli Kərimliyə. Bir Ata Abdullayevin cavabını verə bilməyən Əli Kərimli görəsən, Sky News, CNN International, Fox News, Euronews müxbirləri qarşısında nə edəcəkdi? Yəqin ki, uşaq kimi ağlayardı, ya da vəzifəsini dondurub təlxək siyasətçi kimi qaçardı...

P.S. Ötən gün keçirilmiş mətbuat konfransında ispan jurnalist tarixi-siyasi həqiqəti dilə gətirməklə bir daha Prezident İlham Əliyevin liderlik keyfiyyətlərini Avropa miqyasında dilə gətirməklə deyilənləri təsdiqləmiş olur…

Ramil Vəlibəyov,

YAP-ın Sosial media qrupunun rəhbəri