28 fevral 2021 11:45
990

Qələbədə Azərbaycan gənclərinin xüsusi rolu oldu

Təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və bu gün möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən bütün sahələrdə uğurla, inamla inkişaf edən müstəqil Azərbaycanımız dünyaya inteqrasiya edir, özünün intibah dövrünü yaşayır. Bu gün dövlət başçısı tərəfindən bütün sahələrlə yanaşı, Azərbaycanda gənclər və idman sahəsində də bir çox  genişmiqyaslı  layihələr həyata keçirilir. Belə ki, ölkədə Olimpiya idman komplekslərinin, Gənclər evləri, Gənclər mərkəzlərinin, Asudə vaxt mərkəzlərinin tikilib istifadəyə verilməsi, dövlət gənclər siyasəti haqqında Dövlət proqramlarının, Azərbaycan Gənclərinin İnkişafı Strategiyasının hazırlanıb həyata keçirilməsi bunun əyani sübutudur. Bu gün ölkəmizdə həm gənclər, həm idman sahəsində böyük, beynəlxalq layihələrin həyata keçiriməsi Azərbaycan gəncliyinin inkişafına birbaşa töhfə verməkdədir. Eyni zamanda gənc, vətənpərvər, Vətəni hər şeydən çox sevən gənc nəsil yetişir. Uzun müddət Azərbaycan torpaqlarının 20 faizinin erməni işğalçıları tərəfindən işğal olunması, bir milyondan artıq soydaşlarımızın öz doğma yurd-yuvalarından didərgin düşməsi bütün xalqımız kimi gənclərin də ən ağrılı problemi idi. Düşmən torpaqlarımızı qaytarmaqdan imtina edirdi. Dəfələrlə mənfur erməni düşmənlərinin hücümları nəticəsində neçə-neçə zabit və əsgərimiz şəhid olmuşdur.

Artıq səbr kasasının dolduğu bir vaxt yetişdi. 27 sentyabr 2020-ci il tarixində düşmən təxribatlarına cavab olaraq, şanlı, qüdrətli ordumuz tərəfindən əks hüçum əməliyyatlarına başlanıldı. 44 gün davam edən Vətən müharibəsində Azərbaycan xalqının, şanlı Azərbaycan Ordusunun və Müzəffər Ali Baş Komandanın ayrılmaz və güclü birliyi nəticəsində  işğal altında olan doğma torpaqlarımız düşmən tapdağından azad olundu. Düşmənə heç vaxt yaddan çıxmayan sarsıdıcı və sağalmaz zərbələr vuruldu. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə Azərbaycanın ərazi bütövlüyü bərpa olundu. Düzdür, itkisiz qələbə olmur. Çoxsaylı Vətən oğullarımız, əsgər və zabitlərimiz öz qanları və canları bahasına qəhrəmancasına döyüşərək şəhidlik zirvəsinə ucaldılar. Çox çətinliklər və əziyyətlər bahasına qazanılmış qələbə zəfərimizdə Azərbaycan gənclərinin xüsusi rolu və yeri oldu. "Azərbaycan gəncləri Vətən müharibəsində böyük şücaət nümayiş etdirdilər. Vətənpərvərlik, dövlətə sədaqət ruhunda yetişmiş Azərbaycan gəncləri torpaqlarımızı işğalçılardan azad etdi. O cümlədən işğal edilmiş torpaqlarda heç vaxt olmayan, amma əslən o torpaqlardan olan gənclər torpaqları uğrunda aslan kimi vuruşurdular. Bu tarixi hadisədir." Bu sözlər Ali Baş Komandanımız İlham Əliyevin Azərbaycan gənclərinə verdiyi ən böyük qiymətdir.

Respublikanın digər bölgələri kimi, Ağdaş rayonunda da gənclər arasında vətənpərvərlik sahəsində maarifləndirmə işinin təşkili daim diqqətdə saxlanılır. Belə ki, il ərzində gənclərin iştirakı ilə çox saylı tədbirlər təşkil olunur. Pandemiya dövrünün tələblərinə uyğun olaraq kütləvi tədbirlərin təşkili və keçiriməsi müvəqqəti olaraq dayandırılmış, amma onlayn qaydada  bu sahədə işlərimiz davam etdirilmişdir. Qazanılan möhtəşəm qələbə payında Ağdaşlı gənclərin də xüsusi yeri olmuşdur.  44 günlük vətən müharibəsində Ağdaş rayonundan 1000 nəfərdən artıq gəncimiz SHXÇÜRŞ-nin xətti ilə könüllü olaraq ordu sıralarına yazılmış, döyüşlərdə fəallıqla iştirak etmişlər. Ağdaş rayonu üzrə 1 nəfər polkovnik leytenant Atəm Əliyev olmaqla, ümumilikdə 32 nəfər gəncimiz şəhidlik zirvəsinə ucalmışlar. 100 nəfərdən artıq gəncimiz müxtəlif dərəcəli bədən xəsarətləri alaraq qazi olmuşlar. Müharibə iştirakçılarının böyük əksəriyyəti orden və medallarla təltif olunmuşdur. Bir nəfər mayor rütbəli gəncimiz Səfərli Gündüz Ağamməd oğlu “Vətən müharibəsi qəhrəmanı” adına layiq görülmüşdür.

Şəhidlərimizin dəfn mərasimlərində də gənclərimiz kütləvi olaraq fəallıq nümayiş etdirmişlər. Uca Allahdan torpaqlarımızın müdafiəsi və ərazi bütövlüyümüzün bərpası uğrunda həlak olan şəhidlərimizə rəhmətlər, sağlamlıqlarını itirmiş qazilərimizə, çoxlu-çoxlu şəfalar diləyirəm.

 Müharibə dövründə rayonumuzda  müxtəlif sahələrdə fəaliyyət göstərən gənc sahibkarların, könüllülərin, idmançıların və fəal gənclərin iştirakları ilə bir neçə dəfə ön cəbhəyə müxtəlif ləvazimatların, isti geyim,  ərzaq və qida məhsullarının toplanaraq çatdırılması yüksək səviyyədə həyata keçirilmişdir. Könüllü gedənlərin və əsgərlərin ordu sıralarına yola salınması prosesində də gənclərimiz fəallıq nümayiş etdirmişlər. Qələbə xəbəri günü rayon gənclərinin iştirakı ilə böyük coşqu və izdihamla yürüş təşkil olunmuşdur. Böyük ölçülü dövlət bayrağı gənclərin iştirakı ilə Azadlıq meydanına gətirilmişdir.

Bu gün Ağdaş gəncliyi olaraq, bizlərə bu möhtəşəm qələbə zəfərini yaşadan Müzəffər Ali Baş komandanımıza sonsuz təşəkkürümüzü, minnətdarlığımızı bidiririk.

Azad Gözəlov,
Ağdaş rayon Gənclər və İdman idarəsinin rəisi