“Real”ın müdafiəçisi Lukas Vaskes klubla müqaviləsini uzatmaq üçün şərt irəli sürüb.
"İki sahil" xəbər verir ki, bu barədə ABC məlumat yayıb. 29 yaşlı yarımmüdafiəçi “kral klubu”ndan maaşının 15 faiz artırılmasını tələb edir. “Real” isə oyunçunun məvacibini 10 faiz azaltmağda israrlıdır.
İspaniyalı futbolçuya 4 illik yeni müqavilə təklif edən Madrid təmsilçisi hər şeyə mart ayında qərar veilməsini istəyir.
Sözləşmə Vaskesin şərtləri ilə imzalanarsa, o, ildə 5 milyon avro, klubun şərtləri ilə imzalanarsa, 4 milyon avro qaqzanacaq.
Qeyd edək ki, Vaskes bu mövsüm 18 matça çıxaraq, 2 qol vurub və 3 qolun ötürməsini verib.
Millilərimiz 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti görüşlərini bu gün keçirəcəklər
Şahin Mustafayev növbəti müddətə Azərbaycan Stolüstü Tennis Federasiyasının prezidenti seçilib
Azərbaycan gimnastları IV Avropa Oyunlarına bir neçə növdə lisenziya qazanıblar