02 mart 2021 14:58
988

Türkiyənin dəstəyini heç vaxt unutmadıq, unutmayacağıq

“Qardaş Türkiyənin dəstəyini sadəcə Qarabağ müharibəsində deyil, bütün tarix boyu hiss etmişik. 100 il öncə də Qafqaz İslam Ordusu ilə birgə Azərbaycanı, Bakını işğaldan azad etmişdik. Bu gün də Qarabağı sizin dəstəyinizlə işğaldan azad etdik. Türkiyə dövlətinə və qardaşlarımıza təşəkkür edirik. Bu dəstəyi heç vaxt unutmadıq, unutmayacağıq”.

“İki sahil” xəbər verir ki, bu fikirləri Türkiyədə səfərdə olan Azərbaycanın mədəniyyət naziri Anar Kərimov söyləyib.

A.Kərimov Azərbaycan əsgərlərinin Qarabağda böyük qəhrəmanlıq göstərərək tarixi bir mübarizə göstərdiyini, bunun sadəcə Azərbaycan və Türkiyənin deyil, türk dünyasının zəfəri olduğunu bildirib: "Gənc nəslimiz tariximizlə fəxr etməlidir. Ortaq tariximizin, kimliyimizin daha yaxşı tanıdılması üçün çalışacağıq. Bunu da film və seriallarla anlatmaq, bu mövzuda əməkdaşlıq etmək istəyirik”.