02 mart 2021 15:54
937

Ərdoğanın tapşırığı ilə Qarabağ Zəfəri və Xocalı barədə serial çəkiləcək

Ərdoğanın tapşırığı ilə Qarabağ Zəfəri və Xocalı barədə serial çəkiləcək.

Bu barədə Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə əlaqələr idarəsinin rəhbəri Fahrettin Altun bu ölkədə səfərdə olan Azərbaycanın mədəniyyət naziri Anar Kərimovla görüşdə deyib.

"İki sahil" xəbər verir ki, o bildirib ki, Prezidentin tapşırığı əsasında Türkiyə və Azərbaycan birgə layihələr həyata keçirəcək.

"Bu cür layihələrin həm milli, həm də dünya səviyyəsində rəqəmsal platformalarda yer almasını təmin etməklə tarixi birliyimizi ən güclü şəkildə vurğulayacağıq”, - deyə Fahrettin Altun qeyd edib.