02 mart 2021 17:58
1138

“Eurovision-2021" necə keçiriləcək?

"Eurovision-2021" beynəlxalq mahnı müsabiqəsi bu il məhdud formatda keçiriləcək, nümayəndə heyətlərinin tərkibi azaldılacaq.

"İki sahil" xəbər verir ki, bu barədə tədbirin təşkilat komitəsi məlumat yayıb.

Qeyd edilib ki, Rotterdamda keçiriləcək yarışmanın yeni qaydaları epidemioloji vəziyyət və koronavirus infeksiyasının yayılması ilə əlaqədardır.

Digər ölkələrdən olan “Eurovision” qonaqlarına Niderlanda yola düşməzdən beş gün əvvəl özlərini təcrid etmələri tövsiyə olunacaq, uçuşdan maksimum 72 saat əvvəl isə mənfi koronavirus testi olmalıdır.

Nümayəndə heyətlərindən məşqdə olmadıqları və ya şouda iştirak etmədikləri vaxtlarda oteldə qalmaları tələb olunacaq. Səhnə işçiləri, sənətçilər və jurnalistlər mütəmadi olaraq koronavirus testi verəcəklər.

Bundan əlavə, heyətlərdəki insanların sayı azaldılacaq. Səhnədə yarışmanı yalnız 500 jurnalist izləyə biləcək, daha 1000 jurnalist isə onlayn mətbuat mərkəzində işləyəcək.

May ayında keçiriləcək yarışmaya tamaşaçıların qatıla biləcəyi hələ məlum deyil.