03 mart 2021 19:03
1420

SOCAR-dan xeyirxah təşəbbüsə dəstək: 200-dən çox kimyaçı qan verdi

10 ildən çoxdur ki, SOCAR əməkdaşları Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın “Talassemiyasız həyat naminə” xeyirxah təşəbbüsündə iştirak edir.

“İki sahil” xəbər verir ki, bu gün “Azərkimya” İB-də keçirilən aksiyada müəssisənin 200-dən çox kimyaçısı qan verərək donor olub. SOCAR hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara, qana ehtiyacı duyan insanlara hər zaman dəstək olacaq.