ABŞ-ın Kaliforniya ştatının Ludlou şəhərində yük qatarının relsdən çıxması nəticəsində 44 vaqon bir-birinə qarışıb.
“İki sahil” türk mediasına istinadən xəbər verir ki, hadisə ştatın çöl ərazisində olub.
Qatarın özəl yük şirkətinə məxsus olduğu bildirilib.
San-Bernardino rayonu yanğınsöndürmə idarəsindən yayılan açıqlamaya əsasən, etil spirti daşıyan vaqonlardan birində sızıntı meydana çıxıb. Qəza nəticəsində ölən və yaralanan yoxdur.
Hadisə ilə bağlı istintaq başlayıb.
Qazaxıstanda ölkəyə giriş icazələrinin qaydasının nə vaxt müəyyənləşdiriləcəyi açıqlanıb