Almaniya hakimiyyəti mümkün hərbi münaqişə zamanı böyük sayda xəstənin qəbulu üçün səhiyyə sistemini hazırlayır.
“İki sahil” xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi məlumat yayıb.
Agentlik Ulm şəhərindəki xəstəxananı nümunə göstərir. Binanın altında 1979-cu ildə nüvə hücumu şəraitində yaralı əsgərlərin müalicəsi üçün tikilmiş yeraltı tibb kompleksi fəaliyyət göstərir. Obyekt 90 gün ərzində 2 min xəstənin yerləşdirilməsi üçün nəzərdə tutulub. Uzunmüddətli boş qalma dövründən sonra bu obyektin modernləşdirilərək yenidən istismara qaytarılması ehtimal olunur.
Bundesverin hesablamalarına görə, irimiqyaslı münaqişə zamanı stasionarlara gündə 1000-ə qədər yaralı hərbçi daxil ola bilər. 5 ixtisaslaşmış hərbi qospitalın gücü sürətlə tükənə bilər ki, bu da mülki klinikaların cəlb olunmasını tələb edəcək. Əsas problemlər arasında çarpayı çatışmazlığı, dərman təchizatı logistikasının gücləndirilməsi zərurəti və hərbi-mülki tibb sektorları arasında zəif koordinasiya göstərilir. Ekspertlərin qiymətləndirməsinə görə, ölkədə döyüş travmalarının müalicəsi təcrübəsinə yalnız bir neçə yüz mütəxəssis malikdir.
Xatırladaq ki, 2025 ilin sonunda Almaniyanın münafiə nazir Boris Pistorius 2029-cu ildə NATO ilə Rusiya arasında müharibənin başlaya biləcəyini ehtimal etmişdi.
Qazaxıstanda ölkəyə giriş icazələrinin qaydasının nə vaxt müəyyənləşdiriləcəyi açıqlanıb