04 mart 2021 16:52
1388

Nazpəri Dostəliyeva: 72 kilo idim, 80 kilo olmuşam

Xalq artisti Nazpəri Dostəliyeva ATV kanalında dəbdəbəli evini nümayiş etdirib.

“İki sahil” xəbər verir ki, sənətçi gənc oğlanların ona olan sevgi etirafından danışıb: “O qədər sevgi etirafı edənlər olub ki... Gənc oğlanlar sevgi etirafı, hətta evlilik təklif edəndə gülmüşəm. Demişəm ki, get hazırlaş, özüm sənin toy mərasimini edəcəm”.

Xalq artisti pandemiyada artıq çəki aldığını da qeyd edib: “72 kilo idim, 80 kilo olmuşam”.

Qeyd edək ki, Nazpəri Dostəliyevanın iki oğlu var.