Bu ilin yanvar ayında paytaxtın ictimai iaşə dövriyyəsinin dəyəri 20,2 milyon manat olub.
Bu barədə “İki sahil”ə Dövlət Statistika Komitəsinin Bakı Şəhər Statistika İdarəsindən məlumat verilib. Məlumata görə, bu, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 72,4 % azdır. O cümlədən hüquqi şəxslər üzrə dövriyyə 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 60 % azalaraq 16,3 milyon manat olub.