05 mart 2021 12:57
2723

YAP-ın Qurultayı başa çatıb: yeni İdarə Heyəti formalaşıb

Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayı başa çatıb.

"İki sahil" xəbər verir ki, qurultayda YAP İdarə Heyəti formalaşıb.

İdarə Heyətinin tərkibi 40 nəfərdən ibarətdir.


12:43

Yeni Azərbaycan Partiyasının növbədənkənar VII qurultayı davam edir.

"İki sahil" xəbər verir ki, iclasda partiyanın Nəzarət təftiş komissiyası formalaşıb.

Hazırda iclas davam edir.


12:15

Yeni Azərbaycan Partiyasının növbədənkənar VII qurultayı davam edir.

"İki sahil" xəbər verir ki, iclasda partiya sədrinin müavini Əli Əhmədov çıxış edib.

Daha sonra isə Bahar Muradova, Hikmət Babaoğlu, Azər Badamov, Mixail Zabelin, Ülviyyə Ağayeva çıxış edib.

Hazırda çıxışlar davam edir.


10:35

Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar qurultayı başlayıb.

"İki sahil" xəbər verir ki, Azərbaycan Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyev qurultaya videokonfrans vasitəsilə qoşulub.

Qurultay pandemiyaya görə 4 salonda keçirilir.

Bu partiyanın VII qurultayıdır.


09:53

Yeni Azərbaycan Partiyasının (YAP) VII qurultayı saat 10:00-da başlayacaq.

"İki sahil" xəbər verir ki, hazırda qurultay iştirakçıları YAP-ın binasına daxil olur.


09:46

Yeni Azərbaycan Partiyasının (YAP) növbədənkənar VII qurultayı keçiriləcək.

"İki sahil" xəbər verir ki, saat 10.00-da başlayacaq qurultayda ötən dövrün hesabatları dinləniləcək, partiyanın rəhbər strukturları yenidən formalaşdırılacaq.

Qeyd edək ki, 1992-ci ildə yaradılan partiyanın sonuncu qurultayı 2018-ci ilin fevralın 8-də keçirilib. Partiyanın hazırkı sədri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevdir.