Yeni Azərbaycan Partiyası (YAP) xalq partiyasıdır. YAP-ın ümumxalq partiya olması o deməkdir ki, bu partiya xalqı bir yumruq halında birləşdirir və xalqın bütün təbəqələri bu partiyaya inanır.
"İki sahil" xəbər verir ki, bunu Trend-ə müsahibəsində Milli Məclisin deputatı, YAP üzvü Məlahət İbrahimqızı deyib.
Onun sözlərinə görə, 44 günlük Vətən Müharibəsi də bir daha bunu göstərdi: "YAP-ın 7-ci qurultayında ölkənin 6 partiyası müraciət edərək bu partıyaya qoşuldu. Ötən dövr bir daha onu göstərir ki, YAP Azərbaycan xalqının alternativi olmayan bir partiyasıdır. Xalqımızın ən ağrılı problemi, şərəfimizdə, qürurumuzda ləkə olan məsələ - işğal altında olan torpaqlarımızın azad edilməsi məhz YAP iqtidarı tərəfindən həll edildi". Deputat əlavə edib ki, Azərbaycan xalqı YAP-ın qurucusu olan Heydər Əliyevin parlaq ruhunu hər zaman ehtiramla yad edir, ona minnətdarlığını bildirir. Bu gün bu partiyanın davamçısı möhtərəm Prezident, Ali Baş Komandan, müzəffər Milli Ordumuzun sərkərdəsi İlham Əliyevdir.
Birinci vitse-prezident Mehriban Əliyeva Konstitusiya Günü ilə bağlı paylaşım edib
Prezidentin sosial şəbəkə hesablarında Konstitusiya Günü ilə bağlı paylaşım olunub
Azərbaycanın Niderlanddakı səfiri etimadnaməsini Kral Villem-Aleksanderə təqdim edib
Leyla Əliyeva “Qlobal Sıfır Tullantı Alyansı – Dövlət və Hökumət Başçılarının Həyat Yoldaşlarının Yüksəksəviyyəli Toplantısı”nda iştirak edib